• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC

NEWS all news

16 APRIL 2020

“COVID-19. İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə” mövzusunda virtual konfrans keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), İcbari Tibbi Sığorta  üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə şkilatçılığı ilə 15-16 aprel 2020-ci il tarixdə “COVID-19. İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə” mövzusunda virtual konfrans keçirildi. Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə keçirilən konfransın təşkilində əsas məqsəd həkimlərin və digər tibb işçilərinin ehtiyacını nəzərə alaraq, COVID-19 xəstəliyinin profilaktikası, müayinə və müalicəsi üzrə ən son yeniliklərlə tibb işçilərini tanış etmək, bu sahədə ixtisaslaşmış beynəlxalq, o cümlədən yerli mütəxəssislərin bilik və bacarıqlarının paylaşılması idi. Texniki olaraq İSİM-də təşkil edilən konfransa reanimatoloq, anestezioloq, terapevt, pediatr, ailə həkimi və digər ixtisaslı tibb işçiləri virtual olaraq internet vasitəsilə qoşuldular.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva, Bakı Sağlamlıq Mərkəzinin reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Yeganə Abbasova, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Təranə Göyüşova, İSİM-in şöbə müdiri Nabil Seyidov, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev, İSİM-in şöbə müdiri Samir Mehdiyev və həkim-metodisti Könül İsmayılova konfransda çıxış etdilər. Çıxışlarda COVID-19 xəstəliyinin  epidemiologiyası, bu xəstəliyə infeksion nəzarət və tibb müəssisəsinin hazırlığı, tibb işçiləri arasında kontakt, hava və damcı yolu ilə yoluxmanın profilaktikası, fərdi qoruyucu vasitələr: geyinmə və soyunma, COVID-19 zamanı radioloji müayinənin əsasları, reanimasiya şöbəsində ağır və çox ağır COVID-19 xəstələrinin menecmenti: Türkiyə və ABŞ təcrübəsi, mexaniki ventilyasiya və oksigenasiya və digər aktual məsələlər diqqətə çatdırıldı.

Səmərəli fikir mübadiləsi şəraitində keçən virtual konfransın iştirakçılarına online sertifikatlar təqdim edildi.