• İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement
  • Evidence-based medicine guidelines to be translated into Azerbaijani
  • PHRC hosts educational meeting on implementing of Continuous Medical Education (CME)

NEWS all news

31 MAY 2019

“Tütün çəkmə, şəkil çək!” şüarı ilə maarifləndirici təşviqat aksiyası oldu

31 may – Ümumdünya Tütünsüz Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin həyətində “Tütün çəkmə, şəkil çək!” şüarı ilə maarifləndirici təşviqat aksiyası oldu.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi, tələbələri, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri, kütləvi informasiya vasitələri nümayəndələrinin fəal iştirakı ilə keçirilən aksiyanın məqsədi tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi idi. 

Aksiya çərçivəsində Universitet tələbələrinin iştirakı ilə “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkildi. Tələbələr xüsusi hazırlanmış böyük siqaret maketində yerləşdirilmiş məlumatlandırıcı vərəqələrlə tanış olmaqla tütün tüstüsünün tərkibindəki maddələr (nikotin, aseton, ammoniyak, arsen və s.) barədə ətraflı maarifləndirildilər.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə çıxış edərək gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Onun çıxışında vurğulandı ki, tütünçəkmə sağlamlığa ciddi ziyan vurmaqla yanaşı, xarici görünüşü də dəyişir, dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də erkən yaşda qırışların əmələ gəlməsi ilə nəticələnir. Tələbələrin diqqətinə çatdırıldı ki, passiv tütünçəkmə tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır, bu hər kəsin, xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir. 

Tədbir təşkilatçıları  bütün iştirakçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün  Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırdılar.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1988-ci ildən başlayaraq hər il 31 may Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur. Bu tarixlə bağlı bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda hər il əhalininin tütünçəkmənin təhlükəli təsiri barədə maarifləndirməsi istiqamətində kütləvi tədbirlər, aksiyalar, fləşmoblar təşkil olunur.

İSİM hamını zərərli vərdişlərlə, tütünçəkmə ilə mübarizədə həmrəy olmağa çağırır!

Şəkillərlə burada tanış olmaq olar.