27 NOVEMBER 2017
BDU-da 25 noyabr - Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı tədbir keçirildi
Zorakılığ, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalıq. Məhz bu baxımdan BMT Baş Assambleyasının 17 dekabr 1999-cu ilin 54/134 qətnaməsinə əsasən, 25 noyabr Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü kimi qeyd olunur. Qadın və qızlara qarşı zorakılıq artıq pandemiya xarakteri aldığından, BMT Baş Assambleyası ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üçün hökumət, beynəlxalq və qeyri-hökumət təşkilatlarına bu mövzuda müxtəlif tədbirlərin keçirilməsini təklif edir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) də öz növbəsində Azərbaycan ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək istiqamətində tədbirlər görür.
Bu məqsədlə 2017-ci ilin 24 noyabr tarixdə Bakı Dövlət Universitetinin “Hüquq fakultəsi”nin tərəbələri üçün 25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması” mövzusunda tədbir təşkil olundu. Bakı Dövlət Universiteti Hüquq fakultəsi Tələbə Həmkarlar Təşkilatı və İSİM-in birgə təşkil etdiyi tədbirdə zorakılıq problemin miqyası, dünayada və ölkəmizdə statistik rəqəmlərlə bağlı məlumatlar verildi, qadın zorakılığının hüquqi və sosial fəsadları barədə maraqlı təqdimatlar edildi.
Tədbirdə Bakı Dövlət Universiteti Hüquq fakultəsi Tələbə Həmkarlar Təşkilatının sədri Əkbər Əliyev açılış nitqi ilə çıxış etdi. O, tələbələrə bu mövzu qədər özündə problem yaradan ikinci bir məsələnin olmadığını və gənc nəsilin belə məsələlərdə maariflənməyə böyük ehtiyacı olduğunu bildirdi. Tədbirdə tələbələr qarşısında çıxış edən İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın olduğunu bildirərək qadınlara, uşaqlara qarşı zorakılıq hallarına dövlət tərəfindən böyük diqqət yetirildiyini və bu problemlərin aradan qaldırılmasında ölkəmizdə qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlərdən danışdı. Daha sonra tədbir iştirakçılarının diqqəti İSİM-in baş hüquqşunası Səbuhi Abdullayevin zoqakılıq hallarının hüquqi müstəvisi mövzusunda çıxışına yönəldi. Böyük maraq doğuran çıxışın sonunda tələbələrin sualları cavablandırıldı.
Tədbirin sonunda qadına qarşı zorakılıq mövzusunda İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.