19 OCTOBER 2017
İSİM-in əməkdaşları “Avrasiya regionunda palliativ yardım təcrübəsi” mövzusunda keçirilən konfransda iştirak etdilər
17-19 oktyabr 2017-ci il tarixdə Ukraynanın İvano-Frankovsk şəhərində “Avrasiya regionunda palliativ yardım ezrə təcrübə mübadiləsi” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Konfransda Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev və İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov iştirak etdilər.
Avrasiya regionunda səhiyyə sisteminin bir hissəsi olan palliativ yardımla bağlı cari vəziyyəti və region ölkərinin palliativ yardımın göstərilməsi sahəsində təcrübəsi, palliativ xəstələrin hüquqlarının qorunması, onlara fərdi formada dəstək verilməsi, xəstələr üçün ağrıkəsici dərman vasitələrinin təmin edilməsi kimi mövzular iştirakçılar tərəfindən geniş müzakirə olundu.
Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi konfransda Avrasiya regionunda dərman siyasətinin balanslaşdırılması, uşaqlara palliativ qayğının tətbiq edilmə formaları, eləcə də palliativ yardımla bağlı digər məsələlərə həsr olunmuş təqdimatlar dinlənildi. Tədbirdə həmçinin Azərbaycan nümayəndələrinin çıxışları da oldu. Onlar ümumrespublika və yerli səviyyədə palliativ və reabelitasiya xidmətlərinin yaradılması, onların təşkili və göstərilməsi üçün müvafiq qanunverici və normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair atılan addımlar haqqında tədbir iştirakçılarına məlumat verdilər.