İSİM-də “Səhiyyə iqtisadiyyatı və QİX-in iqtisadi yükü” mövzusunda seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

29 SEPTEMBER 2017

İSİM-də “Səhiyyə iqtisadiyyatı və QİX-in iqtisadi yükü” mövzusunda seminar keçirildi

28 sentyabr 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) rezidentlər üçün “Səhiyyə iqtisadiyyatı və Qeyri-infeksion xəstəliklərin (QİX) iqtisadi yükü”nə həsr olunmuş seminar keçirildi.

Seminarı giriş sözü ilə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov açdı. O, seminarın məqsəd və vəzifələri, həmçinin Azərbaycanda QİX-in ümumi vəziyyəti barədə tədbir iştirakçılarına  məlumat verdi. İSİM-in Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin iqtisadçısı Elvina Əliyeva “Səhiyyə İqtisadiyyatının əsasları” adlı təqdimatla çıxış etdi. O, səhiyyə iqtisadiyyatının ümumi anlayışı, prinsipləri, iqtisadi qiymətləndirmə üsulları haqqında məlumatları seminar iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra tədbirdə qeyri-infeksion xəstəliklərə iqtisadi yanaşma, QİX-in risk faktorları, təsnifatı, profilaktikası, risk faktorlarının statistikası və təhlili ilə bağlı çıxışlar dinlənildi.

Tədbir zamanı həmçinin ictimai səhiyyənin tarixi, fəaliyyəti, o cümlədən İSİM-in icraatda olan layihələri ilə bağlı məlumatlar tədbir iştirakçılarının marağına səbəb oldu, onların sualları cavablandırıldı.