BP Xəzər Mərkəzində tütün əleyhinə aksiya oldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

1 JUNE 2017

BP Xəzər Mərkəzində tütün əleyhinə aksiya oldu

31 may 2017-ci ildə BP Xəzər Mərkəzində Ümumdünya Tütünsüz Günü ilə bağlı aksiya oldu.  Aksiya Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahat Mərkəzi (İSİM) ilə Mərkəzi Neftçilər Xəstəxanası tərəfindən təşkil edilmişdi. BP-nin əməkdaşlarının iştirakı ilə keçən aksiyada İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov tütün tüstüsünün yaratdığı xəstəliklər, tütünçəkmənin müxtəlif orqan və orqanlar sisteminə göstərdiyi təsirlər barədə məlumat verdi. Aksiya zamanı həmçinin BP-nin siqaret çəkən əməkdaşları müayinə edildi, onların ağciyərlərində olan dəm qazı (CO) xüsusi cihazlar vasitəsi ilə ölçüldü və nəticələr barədə ətraflı məlumat verildi.

Aksiyanın sonunda BP-nin əməkdaşlarına tütün məmulatlarının zərərli təsiri ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim edildi.