Rayonlarda “Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası” klinik protokolu üzrə təlimlər keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

18 MARCH 2010

Rayonlarda “Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası” klinik protokolu üzrə təlimlər keçirilib

Klinik protokolların yerlərdə tətbiqi və əhaliyə göstərilən tibb xidmətinin səviyyəsini artırmaq məqsədi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin (İSXG) texniki dəstəyi ilə 2010-cu il mart ayının 9-dan 18-dək Respublikanın Şəki, Qax, Ağdaş, İsmayıllı, Abşeron, və Səhiyyə Nazirliyinin tövsiyəsinə əsasən Oğuz, Qəbələ, Zaqatala, Göyçay, Ucar, Şamaxı rayonlarında və Sumqayıt şəhərində doğuşayardım müəssisələrində fəaliyyət göstərən mama-ginekolog və anestezioloq-reanimatoloqlar üçün “Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası” klinik protokolu üzrə təlimlər keçirilmişdir.

Təlimlərdə Şəkidən 32 nəfər, Qaxdan 12 nəfər, Ağdaşdan 18 nəfər, İsmayıllıdan 11 nəfər, Abşerondan 18 nəfər, Oğuzdan 4 nəfər, Qəbələdən 10 nəfər, Zaqataladan 9 nəfər, Göyçaydan 16 nəfər, Ucardan 5 nəfər, Şamaxıdan 6 nəfər, Sumqayıt şəhərindən 42 nəfər, cəmi 183 tibb mütəxəssisi iştirak etmişdir.

Klinik protokol üzrə təlimlər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun reanimasiya-anesteziologiya kafedrasının dosenti, Bakı Baş Səhiyyə İdarəsinin baş mütəxəssisi, t.e.n. Aydın Qədirov tərəfindən təqdim olunmuşdur.