12 MARCH 2010
Sübutlu təbabət: klinik protokolların hazırlanmasına dair seminarlar
2010-cu il 9-11 mart tarixlərində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Gülsabah Hüseynova tərəfindən Ədliyyə Nazirliyində “Sübutlu təbabət: klinik protokolların hazırlanması”na dair 3 günlük seminarlar keçirildi.
Klinik protokol-müntəzəm yenilənən sənəd olub, xəstənin konkret vəziyyəti, xəstəlik, sindrom və ya hər hansı klinik situasiya zamanı tibbi yardım göstərilməsi üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan tövsiyələrdən ibarət olduğunu iştirakçıların diqqətinə çatdıran təlimçi klinik protokolların tərtib edilmə qaydaları, ekspert qupunun təşkil olunma prosesi haqqında ətraflı məlumat verdi. Həmçinin seminarlar zamanı G.Hüseynova klinik protokolların praktik təbabətdə və tədris prosesində tətbiq oluması, monitorinqin aparılması prosesi barədə məlumatları iştirakşıların diqqətinə çatdırdı.
Seminarların sonunda İSİM-in əməkdaşı iştirakçıları maraqlandıran sualları cavablandırdı. Seminarlarda Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Hərbi-həkim komissiyası, Tibb Baş İdarəsinin poliklinikası, Tibb Baş İdarəsinin hospitalının əməkdaşları iştirak etdilər.