Vakansiyanın adı – Sosioloq, 1 ş.v.
Struktur vahidinin adı – Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsi.
Vəzifə funksiyaları – sosioloji tədqiqat proqramlarının işlənib hazırlanması və tətbiqinə nəzarət edilməsi; həmin sosioloji tədqiqatlar vasitəsi ilə müvafiq fəaliyyətin həyata keçirilməsi ilə bağlı auditoriyanın müəyyən edilməsi və tələbatlarının öyrənilməsi; bu tələbatlar əsasında kommunikasiya üzrə perspektiv illik planlar, layihələr və tədbirlər üzrə təkliflərin işlənib hazırlanması; keçirilmiş tədqiqatlar və tədbirlər əsasında aidiyyəti tövsiyələri əks etdirən hesabatların hazırlanması; müxtəlif kommunikasiya/maarifləndirici tədbirlərin (aksiya, diskussiya, debat və s.) təşkil edilməsində iştirak; Bakı və Respublikanın rayonlarında əhalinin müxtəlif qrupları, o cümlədən KİV nümayəndələri qarşısında çıxış və təqdimatlar edilməsi; müvafiq təşkilatlarla (dövlət qurumları, QHT, ictimai birliklər və s.) iş əlaqələrinin qurulması və ya təkmilləşdirilməsində iştirak.
İş vaxtı – şənbə və bazar günlərindən başqa hər gün saat 9:00-dan 17:30-dək.
Nahar fasiləsi – saat 13:00-dan 13:30-dək.
TƏLƏBLƏR:
Təhsil, ixtisas və istiqamət üzrə – sosioloq ixtisası üzrə ali təhsil (magistr dərəcəsi). Sosiologiya sahəsi üzrə təlimlərdə iştirak edənlərə üstünlük verilir.
İş stajı – ixtisas üzrə 2 ildən çox fəaliyyət. Sosioloji və başqa araşdırma/tədqiqatlarda iştirak edənlərə üstünlük verilir.
Dilləri bilmə – azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və/və ya ingilis dillərini yaxşı bilənlərə üstünlük verilir).
Kompüter bilikləri – MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları (SPSS, Epiİnfo proqramlarını bilənlərə üstünlük verilir).
Xüsusi bacarıqlar – sosioloji tədqiqatların aparılması üçün təşəbbüskar olmalı; auditoriya qarşısında təqdimat və çıxış etmə, müsahibə vermə bacarıqları; işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti; yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
Заинтересованные в вакансиях могут отправить подробную информацию о себе в виде резюме (CV) на электронный адрес [email protected] с указанием в письме в разделе Subject/Тема названия вакантной должности. Также CV можно представить в отдел кадров Центра Общественного Здравоохранения и Реформ Министерства Здравоохранения (ул. Г.Зардаби, 96, 2-ой этаж, 7-ая комната). CV принимаются ежедневно (кроме субботы и воскресенья) с 9:30 до 12:30.
Форму резюме можно скачать здесь.
На основании полученных резюме подходящие на вакантные должности специалисты будут приглашены на собеседование в ЦОЗР.