Tbilisidə Avropanın ətraf mühit və ictimai sağlamlığın izlənilməsi ilə bağlı təcrübəsi öyrənilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

ПРЕССА АРХИВ ПРЕССЫ

ПРЕССА / 8 ФЕВРАЛЯ 2019

azertag.az

Tbilisidə Avropanın ətraf mühit və ictimai sağlamlığın izlənilməsi ilə bağlı təcrübəsi öyrənilib

Tbilisi şəhərində Avropa İttifaqının (Aİ) TAIEX texniki yardım aləti çərçivəsində “Ətraf mühit və ictimai sağlamlığın izlənilməsi ümumi bacarıqların təkmilləşdirilməsi vasitəsi kimi” mövzusunda Multi-TAIEX seminarı keçirilib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, seminarın keçirilməsində əsas məqsəd Aİ üzv ölkələrin və Avropanın Xəstəliklərə Nəzarət Mərkəzinin ətraf mühit və ictimai sağlamlığın izlənilməsi ilə bağlı ən yaxşı təcrübələrinin təqdim edilməsi və bu sahədə məlumat mübadiləsinin aparılması olub.

Seminarda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirləri Tofiq Musayev və Lütfi Qafarov iştirak ediblər.

Üç gün davam edən seminarda ətraf mühit və ictimai səhiyyə ilə bağlı mövcud vəziyyət, bu sahədə əsas problemlər və onların həlli yolları, gözlənilən nəticələrlə əlaqədar təqdimatlar dinlənilib. Ətraf mühit və ictimai sağlamlığın profilaktikası sistemlərinin Aİ-nin tələb və standartları ilə uyğunlaşdırılması istiqamətində ümumi strategiya və metodologiyanın hazırlanması, bölüşdürülməsi və təşviqi sahəsində müzakirələr aparılıb.

Seminar iştirakçıları yerli, regional və beynəlxalq təcrübələri paylaşmaq məqsədilə praktik qrup işləri keçirib və mövzu ətrafında səmərəli fikir mübadiləsi ediblər.