• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • Состоялся научно-практический семинар по мульти-дисциплинарному подходу при гемофилии
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

ПРЕССА АРХИВ ПРЕССЫ

ПРЕССА / 8 ФЕВРАЛЯ 2019

azertag.az

İSİM-də səhiyyə sahəsində sosial fəaliyyət və könüllülüyün təbliği ilə əlaqədar təlim keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Respublikasının Gənclər Fondu və İSİM-in birgə təşkilatçılığı ilə XI qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Tibb tələbələri arasında sosial fəaliyyət və könüllülüyün təbliği” layihəsi ilə əlaqədar təlim keçirilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin tələbələri və ictimai səhiyyə sahəsində çalışan həkimlər üçün təşkil olunan təlimlərdə layihənin rəhbəri, İSİM-in səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə çıxış edərək layihənin əhəmiyyəti və tibb sahəsində çalışan gənclərin könüllü fəaliyyətə təşviq olunmasının vacibliyi, sosial fəaliyyət və könüllülüyün önəmindən bəhs edib.

İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxışında “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramında gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi, eləcə də tibb tələbələrinin könüllü fəaliyyəti, onların arasında sosial fəaliyyət və könüllülüyün təbliğinin əsas məsələlərdən biri olduğunu bildirib.

Ekspert İlahə Mirzəzadə sağlamlıq sahəsində tibb tələbələrinin könüllü çalışmasının əhəmiyyətindən danışıb və könüllülük fəaliyyəti ilə bağlı təcrübəsini bölüşüb.

İki gün davam edən təlimlərdə ideyalar əsasında layihələrin hazırlanması və yazılma qaydaları, eləcə də Gənclər Fonduna müraciət forması haqqında interaktiv sessiyalar və qrup işləri təşkil edilib.

Qeyri-formal təhsil metodları əsasında təşkil olunan təlimlərdə iştirakçıları maraqlandıran suallara cavablar verilib, maarifləndirici bukletlər paylanılıb və sertifikatlar təqdim olunub.