• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • Состоялся научно-практический семинар по мульти-дисциплинарному подходу при гемофилии
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

ПРЕССА АРХИВ ПРЕССЫ

ПРЕССА / 12 НОЯБРЯ 2018

azertag.az

Dünya Diabetlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 12-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinologiya Mərkəzi (REM) və Azərbaycan Diabet Liqasının (ADL) birgə əməkdaşlığı ilə 14 noyabr - Dünya Diabetlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir “Diabetə birlikdə qalib gələk!” və “Diabet və Ailə” şüarı altında baş tutub.

AZƏRTAC xəbər verir ki, toplantını giriş sözü ilə açan İSİM-in səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə bildirib ki, 1991-ci ildən Dünya Səhiyyə Təşkilatının (DST) və Beynəlxalq Diabet Federasiyasının (BDF) təşəbbüsü, 2007-ci ildən etibarən BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, hər il noyabrın 14-ü Dünya Diabetlə Mübarizə Günü kimi qeyd olunur: “Bu günün keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin yaranma səbəbləri, simptomları, fəsadları, profilaktikası və müalicə yolları ilə bağlı məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır”.

Tədbirdə Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov diabetin səhiyyə qarşısında duran əsas çağırışlardan biri olduğunu vurğulayaraq, ölkəmizdə bu istiqamətdə görülən işlərdən söz açıb: “Azərbaycanda diabetə qarşı mübarizə məqsədilə 2016-2020-ci illər üçün “Şəkərli Diabet üzrə Dövlət Proqramı” icra edilir. Proqram çərçivəsində diabetin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, xəstəliyin profilaktikası, müalicə və reabilitasiyası, bu xəstəlikdən əziyyət çəkən şəxslərin dərman preparatları, eləcə də özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi, o cümlədən digər tədbirlər həyata keçirilir”.

Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babək Salek şəkərli diabetin yayılma statistikası haqqında məlumat verib. Bildirilib ki, DST-nin hesablamalarına əsasən, şəkərli diabet ondan vəfat edənlərin sayına görə 2030-cu ildə ölümə səbəb olan ümumi xəstəliklər sırasında yeddinci yerdə qərarlaşacaq.

Digər çıxış edənlər diabet xəstəsi olan şəxslərə ailənin həssas və qayğıkeş münasibətinin əhəmiyyəti, diabetlə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın zəruriliyi, bu problemlə üzləşənlərin həyatında cəmiyyətin rolu haqqında danışıblar.

Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova “Diabet nəzarətdə, uğur irəlidə” layihəsinin videoçarxını təqdim edib. O, layihənin diabetdən əziyyət çəkən uşaqların və onların ailələrinin həyatına müsbət təsirindən danışıb.

Sonra layihə çərçivəsində müsabiqə iştirakçıları və qaliblər mükafatlandırılıb. İştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilmiş sağlam həyat tərzi, fiziki aktivlik və diabetlə bağlı maarifləndirici materiallar paylanılıb.