31 may Ümumdünya Tütünsüz Günüdür | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

ПРЕССА АРХИВ ПРЕССЫ

ПРЕССА / 21 МАЯ 2010

"Ailə Həkimi" jurnalı

31 may Ümumdünya Tütünsüz Günüdür

1988‑ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42‑ci sessiyasında 19 saylı qətnamə ilə 31 may Ümumdünya Tütünsüz Günü elan edilmişdir. Bu gün tütün epidemiyasına və onun yaratdığı qarşısı alına bilən xəstəliklərə və ö lüm hallarına diqqəti artırmaq məqsədilə qeyd edilir. Hər il 31 may tarixində qeyd olunan Ümumdünya Tütünsüz Günü tütündən istifadənin təhlükələrindən, tütün epidemiyasına qarşı aparılan mübarizədən, gələcək nəsillərin qorunması və sağlam həyat hüquqlarının tələb olunması məqsədilə ayrı‑ayrı ö lkələrin ictimaiyyətinin fəaliyyətindən xəbər verir.

Dünyada ö lüm səbəblərinə gö rə tütün ikinci yerdə durur. Hazırda tütün bö yüklərin hər on nəfərdən birinin ö lümünə gətirib çıxarır (ildə təxminən 5 milyon ö lüm hadisəsi). Tütünçəkmə ilə əlaqədar indiki tendensiyalar davam etsə, 2020‑ci ilədək tütün hər il 10 milyon insanın ö lümünə səbəb olacaq. Bu gün siqaret çəkən insanların yarısı (təxminən 650 milyon nəfər) son nəticədə bu səbəbdən dünyasını dəyişəcək.

Tütün və yoxsulluq arasında güclü əlaqə var. Bir çox tədqiqatlar gö stərir ki, gəlir səviyyəsi aşağı olan bəzi ö lkələrin ən kasıb ailələrində 10%‑dək ümumi xərclər tütünlə əlaqəlidir. Bu, o deməkdir ki, belə ailələrdə qida məhsulları, təhsil və tibbi yardım kimi vacib xərclərə daha az vəsait qalır. Sağlamlığa bilavasitə təsir etməkdən savayı tütün az qidalanma, səhiyyə xərclərinin artması və vaxtından əvvəl ö lümə gətirib çıxarır. O həmçinin təhsilə xərclənəcək maddi vəsaitləri tütünə sərf etməklə savadsızlıq əmsalının artmasına şərait yaradır.

Təcrübə göstərir ki, tütünlə mübarizədə bir çox iqtisadi cəhətdən effektiv tədbirlər mö vcuddur ki, bunları müxtəlif şəraitdə tətbiq etmək olar və bu tədbirlər tütün istehlakına xeyli təsir gö stərə bilər. Maliyyə dəyəri baxımından ən səmərəli strategiyalara tütünün birbaşa və dolayı reklamının qadağan edilməsi, tütün məmulatlarının vergi və qiymətinin artırılması, bütün ictimai və iş yerlərində tütün tüstüsündən azad mühitin yaradılması və tütün məmulatlarının qutuları üzərində iri və aydın görünən sağlamlığa zərər barədə qrafik xəbərdarlıqların yerləşdirilməsi kimi bütün əhali miqyasında aparılan sosial‑siyasi tədbirlər aiddir. Bütün bu tədbirlər Tütünə qarşı mübarizə haqqında ÜST‑nın Çərçivə Konvensiyasında əks olunub. Dünya ölkələrinin 2003‑cü ildə imzaladıqları Tütünə qarşı mübarizə haqqında ÜST‑nın Çərçivə Konvensiyasına Azərbaycan da 2005‑ci il noyabrın 1‑də qoşuldu. Bu Konvensiya tütün istehlakı nəticəsində ö lüm hallarının və bütün dünyada tütündən istifadənin azaldılmasına yö nəldilən ilk beynəlxalq sənəddir. Beləliklə də 168 ö lkənin iştirak etdiyi hərtərəfli müqavilə olan Tütünə qarşı mübarizə haqqında ÜST‑nın Çərçivə Konvensiyası müxtəlif sahələr üçün tütünlə mübarizənin beynəlxalq standartları və rəhbər prinsiplərini təyin edərək, tütün epidemiyasına qarşı qlobal mübarizədə ilk addım oldu.

Tütün epidemiyası ilə mübarizə sahəsində dünya ö lkələrində olduğu kimi Azərbaycanda da səylər göstərilir. Belə ki, 989‑IIQ saylı 20 sentyabr 2005‑ci il tarixli “Tütünə qarşı mübarizə haqqında” ÜST‑nın Çərçivə Konvensiyasına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu, 138‑IIQ saylı 08 iyun 2001‑ci il tarixli “Tütün və tütün məmulatları haqqında” Azərbaycan Respublikasının Qanunu, 906‑IQ saylı 11 iyul 2000‑ci il tarixli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, 316‑IQ saylı 03 oktyabr 1997‑ci il tarixli “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu və 345‑IIQ saylı 25 iyun 202‑ci il tarixli “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri ö lkəmizdə tütünlə mübarizə üzrə qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində aparılan zəruri addımlardır.

Tütünlə mübarizə istiqamətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi bir sıra beynəlxalq, dö vlət və qeyri‑hö kumət təşkilatlarının əməkdaşlığı ilə Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın hazırlanmasına başlamışdır və 2009‑cu ildə Tütünlə Mübarizə üzrə Milli Konfransın keçirilməsinə nail olmuşdur. Həmin Konfransda Bəyannamə imzalanmaqla Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının yarandığı elan edildi. Bu tədbirlərin başlıca məqsədi ÜST tərəfindən epidemiya elan edilmiş və müasir dö vrdə əhalinin sağlamlığının qorunması sahəsində təhlükəli problemə çevrilmiş tütünə qarşı mübarizədə hö kumət, qeyri‑hö kumət, beynəlxalq təşkilatların, ayrı‑ayrı vətəndaşların, bütö vlükdə Azərbaycan cəmiyyətinin səylərinin birləşdirilməsinə və icra orqanlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlərə ictimai dəstəyin təşkil olunmasına nail olmaqdır.

ÜST tərəfindən 2010‑cu ilin Ümumdünya Tütünsüz Gününün mövzusu “Gender və tütün: qadınlara yönəldilmiş marketinq” elan edilmişdir.

Qadınlar arasında tütün epidemiyasına nəzarət ümumi tütünə nəzarət strategiyasının mühüm hissəsidir. 2010‑cu ilin Ümumdünya Tütünsüz Günü çərçivəsində qadınlara və qızlara satılan tütünün zərərli təsirinə xüsusi diqqətin cəlb edilməsi tədbirləri keçirilməlidir. Bu həmçinin Azərbaycanın da qoşulduğu Tütünə qarşı mübarizə haqqında ÜST‑nın Çərçivə Konvensiyasının üzv ölkələrinin konstitusiya müddəalarına müvafiq olan tütünün hər hansı reklamına, satışın stimullaşdırılmasına və sponsorluğuna qadağaların qoyulması tələblərini əks etdirir.

Qadınlar dünyanın 1 milyarddan çox siqaret çəkənlərinin təxminən 20%‑ni təşkil edir. Lakin bu göstərici artmaqda davam edir. Kişilər arasında siqaret çəkmə dərəcəsi maksimuma çatdığı halda, qadınlar arasında da bu göstərici artmaqda davam edir. Hazırkı siqaret çəkənlərin təxminən yarısının gələcəkdə tütünlə bağlı xəstəliklərdən vaxtından əvvəl dünyasını dəyişməsi, yeniləri ilə əvəz edilməsi baxımından qadınlar tütün sənayesi üçün mühüm hədəf hesab edilir.

Qızlar arasında tütündən istifadənin geniş yayılması xüsusi narahatlığa səbəb olur. ÜST‑nın “Qadınlar və sağlamlıq” adlı yeni hesabatında bugünkü reallıq, sabahkı planlar və tütün reklamının daha çox qadınları hədəfə alması məsələləri diqqəti cəlb edir. 151 ölkədən alınan məlumatlara görə, gənc qızların təxminən 7%‑i, gənc oğlanların isə 12%‑i siqaret çəkir. Bəzi ölkələrdə demək olar ki, qızların əksər hissəsi oğlanlar qədər siqaret çəkir.

2010‑cu ilin Ümumdünya Tütünsüz Günü gec də olsa, qadınlar arasında tütün epidemiyasına nəzarətin gücləndirilməsini izah edir. ÜST‑nın baş direktoru Marqaret Çen yuxarıda qeyd olunan hesabatda göstərmişdir ki, qadınların sağlamlığını qorumaq və buna yardım göstərmək yalnız bugünkü vətəndaşlar üçün deyil, gələcək nəsillər üçün də sağlamlıq və inkişaf baxımından əhəmiyyətlidir.

2005‑ci ildə qüvvəyə minmiş Tütünə qarşı mübarizə haqqında ÜST‑nın Çərçivə Konvensiyası dünyada qadınlar və gənc qızlar tərəfindən siqaret və ya digər tütün məmulatlarının istifadəsinin artması barədə xəbərdar etdi.

2010‑cu ilin Ümumdünya Tütünsüz Günü kampaniyası qadınlara yönəldilmiş marketinqə diqqəti cəlb etməklə yanaşı, eləcə də oğlanların və kişilərin tütün şirkətlərinin taktikasından qorumasını nəzərdə tutur. ÜST‑nın 2007‑ci ilin “Gender və tütünə nəzarət: siyasi icmal” adlı hesabatına görə, tütünə nəzarətin ümumi mexanizmləri hər iki cins üçün eyni dərəcədə effektiv ola bilməz və gender məsələləri hökmən buraya daxil edilməlidir. Çünki tütündən istifadəni azaltmaq və dünyada bütün qadınların və kişilərin sağlamlığını yaxşılaşdırmaq məqsədilə tütünə nəzarət siyasəti gender normalarını, tütünə qarşı fərqli yanaşma və məsuliyyətini qəbul etməli və nəzərə almalıdır.

2007‑ci ilin “Sübutların nəzərdən keçirilməsi: gender və tütünə nəzarət, ÜST‑nın şərhləri” adlı digər bir hesabatda kişilərin və eləcə də qadınların tütündən istifadəsinin cinsi baxımdan spesifik təsirləri barədə tam məlumatlı olmasına, onların hər ikisinin gender yönəmli reklam və satışdan, həmçinin transmilli tütün şirkətlərinin spesifik tütün məmulatlarından qorunmasına, ikincili tütün tüstüsü və iş yerlərində ikincili tütün tüstüsünə məruz qalma və ondan qorunma barədə gender yönümlü məlumatlara ehtiyacların olması barədə şərhlər verilir.

Tütünə qarşı mübarizə haqqında ÜST‑nın Çərçivə Konvensiyasında gender yönümlü tütünə nəzarət strategiyalarının əhəmiyyəti, eləcə də bütün səviyyələrdə qadınların tütünə nəzarət siyasətinin formalaşdırılmasında və tütünə nəzarət tədbirlərinin həyata keçirilməsində tam şəkildə iştirak etmələri barədə məsələlər öz əksini tapmışdır.

Tütün şirkətlərinin qadınları nikotin asılılığına cəlb etmə cəhdlərindən qorumaq üçün 2010‑cu ilin Ümumdünya Tütünsüz Günündə və bütün il boyu ÜST hökumətlərin bu məsələyə xüsusi diqqət yetirmələrini və səylərini dəstəkləyir. ÜST‑nın çağırışına cavab olaraq, hökumətlər qadınlar arasında daha geniş yayılmağa başlayan, ölüm və əlilliklə nəticələnən infarkt, insult, xərçəng və respirator xəstəlikləri azalda bilər.

Tütündən istifadə bu əsr ərzində bir milyard insanın həyatına son qoya bilər.Əhali arasında tütündən istifadəni azaltmağın əhəmiyyətini dərk edərək, müvafiq tədbirlər həyata keçirməklə bir çox insanların həyatını xilas etmək mümkündür.