ПРЕССА / 7 ИЮЛЯ 2009
Tibbi tullantıların utilizasiyası mövzusunda dəyirmi masa
İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Tibbi tullantıların utilizasiyası (idarə olunması) üzrə Milli siyasət və fəaliyyət planı” nın həyata keçirilməsi” mövzusunda dəyirmi masa keçirildi. Xatırladaq ki, bu sənədin hazırlanması ilə əlaqədar İşçi qrupunun yaradılması üçün 2008-ci ilin oktyabrında səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən sərəncam imzalanmışdı. Tədbirdə bu sərəncamdan irəli gələn bütün məsələlərin yerinə yetirildiyi və “Tibbi tullantıların utilizasiyası (idarə olunması) üzrə Milli siyasət və fəaliyyət planı” nın” hazırlandığı bildirildi.
Tibbi tullantıların utilizasiyası mövzusunda dəyirmi masa
Tibbi tullantıların təkmilləşdirilmiş şəkildə idarə edilməsi müxtəlif üsullar arasındakı seçimə əsaslanmalı, irəliləyişi və eyni zamanda müxtəlif elementlər arasında siyasi qərarlar tələb edən zəruri tarazlığı təmin etməlidir. Layihəyə əsasən, ideyanın gerçəkləşdirilməsi mövcud olan tibbi tullantıların idarə edilməsi sisteminin köklü dəyişikliklərinə və təkmilıləşdirilməsinə əsaslanır. Buna görə də hazılanan planın 5 il müddətinə (2009-2015-ci illər) 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. Tədbirdə birici mərhələdə sınaq üçün pilot müəssisələrinin, ikinci mərhələdə bölgələrdə iri tibb müəssisələrinin, üçüncü mərhələdə isə ölkənin bütün ilkin tibbi yardım mərkəzlərinin əhatə olunacağı bildirildi. Layihənin gerçəkləşdirilməsində tibbi tullantıların idarə edilməsi üçün tibb müəssisələrindən bir əməkdaşın tam təlimdən keçməsi dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıldı.
Tədbirdə “Tibbi tullantıların utilizasiyası (idarə olunması) üzrə Milli siyasət və fəaliyyət planı” nın yekun layihəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim ediləcəyi qeyd edildi.