• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • Состоялся научно-практический семинар по мульти-дисциплинарному подходу при гемофилии

ПРЕССА АРХИВ ПРЕССЫ

ПРЕССА / 4 СЕНТЯБРЯ 2020

www.azertag.az

İSİM-in direktoru COVID-19-a qarşı mübarizə və ictimai sağlamlığın qorunmasında rəqəmsal texnologiyalardan istifadə haqqında danışıb

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev növbəti onlayn müsahibədə COVID-19 pandemiyasına qarşı mübarizə və ictimai sağlamlığın qorunmasında qabaqcıl rəqəmsal texnologiyalardan istifadə haqqında danışıb.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Onun fikrincə, hazırda səhiyyənin qarşısında dayanmış əsas vəzifələrdən biri sağlamlıq haqqında müxtəlif maarifləndirici materialların yaradılmasıdır: “Mütəxəssislərimiz aktiv şəkildə sosial şəbəkələrdə səhifələri idarə edir, hər növ videoçarxlar yaradır, onları videoresurslarda yerləşdirir. Hazırda yeni onlayn rəqəmsal televiziya layihəsi üzərində işləyirik. Bu layihəni həyata keçirmək üçün orijinal ssenarilər üzərində çəkilmiş onlarla videoçarxlarımız var və eyni zamanda, yeni 2D və 3D animasiya filmlərinin yaradılması üzərində işləyirik”.

COVID-19 pandemiyasının İSİM-in planlarına təsirindən danışan mərkəz rəhbəri qeyd etdi ki, artıq bu ilin fevralında Səhiyyə Nazirliyinin əmrinə əsasən mərkəzin mütəxəssisləri koronavirusun yayılmasına qarşı mübarizədə fəal iştirak etməyə başlayıb: “Onlar ÜST-ün materiallarını tərcümə edib, müvafiq mövzularda kitabçalar hazırlayıb və paylayıblar, internetə müxtəlif materiallar yerləşdiriblər. Həmçinin koronavirusla mübarizəyə həsr olunmuş ölkədə ilk www.covid-19.isim.az veb-saytı, COVID-19-un qarşısının alınması və klinikası haqqında məlumat verən onlayn-çat, CDC alqoritmi əsasında bu xəstəliyin diaqnozunu qoymağa kömək edən bir internet çat-bot yaradılıb. Bundan əlavə, həkimlər və tibb bacıları üçün infeksiya nəzarəti və reanimasiya əsaslarına həsr olunmuş videoçarxlar çəkilib, onlayn təlimlər və veb-seminarlar hazırlanıb. UNICEF ilə əməkdaşlıq çərçivəsində sosial şəbəkələrdə bir çox material yerləşdirilib, canlı yayımlar təşkil olunub”.

Müsahibə zamanı İSİM-in direktoru innovasiya məhsullarının yaradılması və təbliği zamanı qarşılanan çətinliklərə aid sualı da cavablandırıb: “Bizim məqsədimiz məhsullarımız haqqında məlumatı bütün səhiyyə işçilərinə çatdırmaqdır ki, onlar da aktiv şəkildə istifadə etsinlər. Hazırda İSİM-in yaratdığı məsullardan gənc həkimlər olduqca fəal şəkildə istifadə edir, lakin xəstələr bunu çox nadir hallarda edir. Məsələn, mərkəzin istifadəyə verdiyi başqa bir “Şəkərli diabet” tətbiqindən istifadə edərək, xəstələr hər gün vəziyyətləri haqqında məlumatı müalicə edən həkimlərinə göndərməli, pəhrizlərini və qanda şəkər səviyyələrini tənzimləmək üçün “çörək kalkulyator”undan istifadə etməlidir. Bu ürək xəstələri üçün nəzərdə tutulmuş “Ürəyinizi qoruyun” tətbiqinə də aiddir. Buna baxmayaraq, Qəhrəman Haqverdiyev qeyd edib ki, son vaxtlar əhali arasında mərkəzin inkişafına maraq artmaqdadır, xüsusilə də siqaretdən imtina etmək istəyənlər üçün yaradılmış “Tütündən imtina et” və qida kalkulyatoru olan “Sağlam qida” adlı mobil tətbiqlərə aiddir”.

https://azertag.az/xeber/ISIM_in_direktoru_COVID_19_a_qarsi_mubarize_ve_ictimai_saglamligin_qorunmasinda_reqemsal_texnologiyalardan_istifade_haqqinda_danisib-1576861