İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

Завершенные проекты архив проектов

“İqlim dəyişikliyi və onun reproduktiv sağlamlığa təsiri” mövzusunda tədqiqat həyata keçirilib ОБНОВЛЕНО: 27 СЕНТЯБРЯ 2024

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “İqlim dəyişikliyinin reproduktiv sağlamlığa təsiri” mövzusunda tədqiqat aparılıb.

Tədqiqat çərçivəsində iqlim dəyişikliyinin reproduktiv sağlamlığa təsirləri araşdırılıb, milli iqlim fəaliyyəti planlarında reproduktiv sağlamlıq sistemlərinin rolu, əhalinin reproduktiv sağlamlığının qorunması istiqamətində qanunvericilik təşəbbüslərinin gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində çoxtərəfli əməkdaşlıq və s. istiqamətlərdə təhlillər, müzakirələr həyata keçirilib.

BMT-nin Azərbaycan Nümayəndəliyinin “29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində “İqlim dəyişikliyi və onun reproduktiv sağlamlığa təsiri” mövzusunda dəyirmi masa olub.

Tədbir BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.Tədbirdə səhiyyə blokunu təmsil edən hökumət qurumları və müəssisələrinin nümayəndələri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən BMT təşkilatlarının və səfirliklərin əməkdaşları, habelə yerli vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər. İştirakçılara “İqlim dəyişikliyinin reproduktiv sağlamlığa təsiri” mövzusunda həyata keçirilən tədqiqatın nəticələrinə dair təqdimatla ətraflı məlumat verilib.

Tədqiqatla bağlı ətraflı təqdimat: Əlavədə.

КООРДИНАТОР ПРОЕКТА: Qəhrəman Haqverdiyev

КОНТАКТЫ: [email protected]