8 ОКТЯБРЯ 2021
Bilgəh Qocalar və Əlillər Evində yaşlılar üçün təlim keçirilib
8 oktyabr 2021-ci il tarixdə Bilgəh Qocalar və Əlillər Evində yaşlılar üçün ilk tibbi yardıma dair təlim keçirilib. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi, həkim Afət Məmmədova tərəfindən aparılan təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (UNFPA) “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Sağlam və gümrah olmaq üçün tövsiyələri nəzərə çatdıran Afət Məmmədova bildirib ki, təlimin məqsədi yaşlı insanların fəal və sağlam həyat tərzi keçirmələrinə dəstək olmaqdır. Ekspert insanın hər yaşda fəal həyat tərzi keçirməsi üçün tövsiyə olunan tədbirlər, zəruri hallarda göstərilən ilk yardım barədə ətraflı məlumat verib.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırıb.