Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

16 ИЮНЯ 2021

Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir

Ölkəmizdə tütündən imtina etmək istəyənlərə dəstək olmaq məqsədilə 1 fevral 2021-ci il tarixdən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali üçün tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyətə başlayıb. Tütündən asılılığı olan və tütünçəkmədən imtina etmək istəyən şəxslər “Qaynar xətt”ə zəng edərək, peşəkar tibbi-psixoloji məsləhətlər ala bilərlər. Tütündən imtina üzrə “Qaynar xətt”in nömrəsini bir daha xatırladırıq: (+994 050) 800 70 45. Qeyd edək ki, bu nömrəyə müraciət edənlərin anonimliyi qorunur, onlara dair şəxsi məlumatlar heç bir halda paylaşılmır. Hər bir müraciətə fərdi yanaşılır, sualları cavablandırılır və tütündən imtina etmək istəyən hər kəsə lazımi psixoloji-tibbi tövsiyə verilir.

Eyni zamanda onu da xatırladaq ki, ÜST-nin ölkə ofisinin dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 2018-ci ildə əhalinin istifadəsi üçün “Tütündən imtina et” mobil aplikasiyası hazırlanaraq istifadəyə verilib. Mobil əlavəni işə salan zaman gün ərzində çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir. Proqram da öz növbəsində tütünçəkmədən imtina müddətini, qənaət edilən vaxtı və pulu göstərir. Burada nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar da mövcuddur.

Bu istiqamətdə faydalı resurslarla və yeni məlumatlarla  www.isim.az saytı və www.tobaccocontrol.az internet səhifəsi vasitəsilə daha ətraflı tanış olmaq mümkündür.