• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • Состоялся научно-практический семинар по мульти-дисциплинарному подходу при гемофилии
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

НОВОСТИ все новости

7 АПРЕЛЯ 2021

Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş vebinar keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universiteti və “Sağlamlığa xidmət” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 7 aprel 2021-ci ildə Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş vebinar təşkil edildi.

Ümumdünya Sağlamlıq Günü 1950-ci ildən etibarən qeyd olunur və günün builki şüarı hər kəs üçün ədalətli və sağlam dünyanın qurulmasıdır.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə açılış nitqi ilə çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin səhiyyəyə hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğuladı:Bəzi dövlətlərin vaksinlərə əlçatanlığı olmasa da,dövlət başçımızın güclü siyasi rəhbərliyi nəticəsində ölkəmizə vaxtında vaksinlər gətirildi və bu gün vaksinasiya uğurla davam etdirilir. Ölkəmizdə mütəmadi olaraq səhiyyə sahəsində islahatlar tətbiq olunur, hazırda icbari tibbi sığortanın ölkə üzrə həyata keçirilməsinə başlanılıb. Səhiyyə sahəsində olan islahatlar insanların daha keyfiyyətli və əlçatan xidmətlərlə təmin edilməsi məqsədi daşıyır

“Sağlamlığa xidmət İB-in icraçı direktoru Pərvanə Vəliyeva çıxış edərək bildirdi ki, pandemiya ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər və universal əlçatanlığının təmin olunması istiqamətində Azərbaycan tərəfindən irəli sürülən qlobal təşəbbüslər təqdirəlayiqdir. Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim infeksionisti Nilufər Məmmədova “COVID-19 xəstəliyində tibbi təcrübə” mövzusunda təqdimatla çıxış edərək, COVID-19 xəstəliyinin diaqnostika və müalicəsi barədə ətraflı məlumat verdi. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova “COVID-19 xəstəliyi ilə bağlı risk kommunikasiyası”İSİM-in həkim-metodisti Könül İsmayılova “COVID -19 pandemiyası zamanı psixi sağlamlığının qorunması”Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentinin müdiri Ayşəm Balayeva “Azərbaycanda COVID-19 pandemiyası zamanı həssas qruplara sosial xidmətlərin təşkili”, “Sağlamlığa xidmət” İB-nin layihə rəhbəri Samirə Muxtarova “COVID -19 pandemiyası zamanı qeyri-hökumət təşkilatlarının fəaliyyəti” üzrə təqdimatlarla çıxış etdilər.

Vebinarda səmərəli fikir mübadiləsi aparıldı və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.