13 МАЯ 2020
Qeyri-infeksion xəstəliklərin risk amilləri üzrə virtual müşavirə keçirildi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin təşkilatçılığı ilə 12-13 may 2020-ci il tarixdə qeyri-infeksion xəstəliklərin (QİX) riskamilləri üzrə ilkin səhiyyə xidməti səviyyəsində qısa müddətli müdaxilələrə dair virtual ekspert müşavirəsi keçirildi.
Müşavirənin məqsədi bütün ölkələrdə geniş yayılan və əsas ölüm səbəbi hesab olunan QİX-in profilaktikası, müalicəsi və iqtisadi amillərinə nəzər salmaq, insanlar arasında xəstəlikərin yaranma səbəblərini aradan qaldırmaq üçün effektli tədbirlər görməkdir.
Onlayn müşavirədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rauf Məmmədov və İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev iştrak etdilər.
İki gün davam edən müşavirədə səhiyyə işçiləri üçün qeyri-infeksion xəstəliklər üzrə təlimlərin və potensialın artırılmasından, ilkin tibbi yardım müəssisələrində keyfiyyətli tibbi-sanitar xidmətlərinin skrininqinin doğru təşkil edilməsindən danışan beynəlxalq ekspertlər hesab edir ki, əhali arasında tütünçəkməni, spirtli içkilərdən istifadəni və zərərli qidalanmanı azaltmaq, insanları fiziki aktivliklə məşğul olmağa təşviq etmək görüləcək əsas tədbirlər sırasında mühüm rol oynayır. Bununla əlaqədar olaraq ÜST-nin Avropa Ofisi üzrə nümayəndəliyi qeyri-infeksion xəstəliklərin profilaktikası və onlarla mübarizə istiqamətində rəhbər vəsait hazırlayır. Rəhbər vəsaitdə qeyri-infeksion xəstəliklərin əsas risk faktorları, səhiyyə siyasətinin təşkili, xəstələrin doğru istiqamətləndirilməsi, sağlamlıq vəziyyətinin izlənilməsi və qiymətləndirilməsi strategiyaları, tibb işçilərinin savadlılığının artırılması kimi məsələlərə xüsusi diqqət yetiriləcək.
Müşavirənin son günü ölkə iştrakçlarının fikriləri dinlənildi, suallar cavablandırıldı, mövzuların monitorinq və təhlili aparıldı.