İSİM-in mütəxəssislərinə ilk və təkmil tibbi yardımın göstərilməsi üzrə təlim kursları keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

26 ДЕКАБРЯ 2019

İSİM-in mütəxəssislərinə ilk və təkmil tibbi yardımın göstərilməsi üzrə təlim kursları keçirildi

Müasir dövrdə təbii və texnogen fəlakətlər, münaqişələr, yol-nəqliyyat hadisələri və bir çox digər hallarda insan həyatına təhdidlər və təhlükələr olur. Son 20-30 ildə Azərbaycanda, o cümlədən digər inkişaf etmiş və inkişafda olan ölkələrdə ürək-damar və beyin-damar xəstəliklərindən (infarkt, insult və s.) evdə və evdən kənarda, o cümlədən iş yerində qəfl baş verən ölüm hallarının sayı artmaqdadır.

Bu növ hadisələrin qarşısını almaq məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) seçilmiş mütəxəssislərinə Amerika Ürək Assosiasiyasının (AÜA) BLS-Təməl Həyata Dəstək və ACLS-Təkmil Kardiovaskulyar Həyata Dəstək, Amerika Pediatriya Akademiyası ilə AÜA tərəfindən müştərək hazırlanmış PALS-Pediatrik Təkmil Həyata Dəstək kursları təşkil edildi. Həm nəzəri, həm də praktik hissələrdən ibarət olan kursları üğurla bitirənlərə sertifikatlar təqdim olundu. İnteraktiv formatda, audio-vizual və digər əyani vəsaitlərin istifadəsi ilə aparılan təlimdə Amerika Ürək Assosiasiyasının BLS, ACLS və PALS kursları üzrə instruktorlar hazırlandı.

Qeyd edilməlidir ki, müxtəlif şəraitlərdə, o cümlədən, iş yerlərində, evdə, təhsil müəssisələrində, texnogen və təbii fəlakət zonaları və digər yüksək riskli ərazilərdə, kütləvi travma hallarında, avtonəqliyyatda, dəmiryolunda, su və hava nəqliyyatlarında ilk və təkmil tibbi yardımın göstərilməsi eyni prinsiplərə əsaslansa da, tibb işçilərinin (həkimlər, orta tibb personalı) daha təkmil yardım göstərməsi imkanları müasir dövrdə xeyli genişlənib. Dünyanın əksər ölkələrində aparılmış tədqiqatlardan müəyyən edilib ki, vaxtında və düzgün göstərilmiş ilk tibbi yardım zərərçəkmişlərin sağ qalması şansını 2-3 dəfə artırır və sağ qalanlar arasında həmçinin ağır dərəcəli əlilliyin qarşısını almağa imkan verir.

Nəzərə çatdıraq ki, ilk və təkmil tibbi yardımın vaxtında və düzgün göstərilməsinin əhəmiyyətini və İSİM-in Təlim-resurs şöbəsinin nəzdində Simulyasiya Mərkəzinin yaradıldığını nəzərə alaraq, habelə gələcəkdə tibb işçilərinin nəzəri bilikləri ilə yanaşı, fundamental praktik bacarıqlarının da qiymətləndirilməsinin vacibliyini diqqətə çəkərək, İSİM-in bazasında Amerika Ürək Assosiasiyasının rəsmi Beynəlxalq Təlim Məkanının yaradılması məqsədilə İSİM ilə AHA Beynəlxalq Təlim Mərkəzi arasında anlaşma əldə edilib.

Şəkillərlə burada tanış olmaq olar.