• Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • Состоялся научно-практический семинар по мульти-дисциплинарному подходу при гемофилии
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq

НОВОСТИ все новости

11 ИЮЛЯ 2019

Polis Akademiyasında "Sağlam qidalanma" mövzusunda maarifləndirici tədbir keçirildi

10 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında "Sağlam qidalanma" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə kurs rəisi, polis polkovnik-leytenantı Mehman Həsənov açaraq, maarifləndirici tədbirlərin sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını bildirdi. Akademiyanın Tibb-sanitariya hissəsinin rəisi, tibb xidməti polkovniki Sərdar Əliyev akademiyada aparılan sanitar maarifi sahəsində görülən işlər barədə məlumat verdi.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Lətafət Dadaşova kursantlar qarşısında təqdimatla çıxış edərək, sağlam qidalanma ilə yanaşı sağlamlıq üçün davamlı fiziki aktivliyin əhəmiyyət kəsb etdiyini bildirdi. Kursantların böyük marağına səbəb olan təqdimatda L. Dadaşova sağlam qidalanma üçün zəruri məhsullar və onların gündəlik qida norması, qida məhsullarının etiketləri barədə məlumat verdikdən sonra onları maraqlandıran sualları cavablandırdı.

Tədbirin sonunda natiq əhalinin sağlamlığının qorunması  istiqamətində İSİM tərəfinfən  həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırdı və onlara sağlam qidalanmaya dair maarifləndirici materiallar təqdim etdi.

Şəkillərlə burada tanış olmaq olar.