Sankt-Peterburq şəhərində MDB-yə üzv ölkələrin ictimai səhiyyə mütəxəssislərinin iclası keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

27 ИЮНЯ 2019

Sankt-Peterburq şəhərində MDB-yə üzv ölkələrin ictimai səhiyyə mütəxəssislərinin iclası keçirildi

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional bürosunun və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması və Təşkili üzrə Mərkəzi Elmi-Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə 26-27 iyun 2019-cu il tarixdə Sankt-Peterburq şəhərində MBD-yə üzv dövlətlərin ictimai səhiyyə mütəxəssislərinin iclası keçirildi.

İctimai səhiyyə üzrə  qanun modelinin hazırlanmasına dair ilk işçi qrup iclasının keçirilməsində əsas məqsəd – ictimai səhiyyə üzrə Avropa planının 2020-ci ilə  qədər nəzərdə tutulan icrasında üzv ölkələrin fəaliyyətini, təcrübələrini öyrənmək, qanunvericilik və normativ aktların tərtibində yaranan çətinlikləri müzakirə etmək idi.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) baş hüquqşünası Fidan Rüstəmova da iclasda təmsil olunurdu.

İclasda ictimai səhiyyə sahəsi üzrə mütəxəssislərin çıxışları dinlənildi, MDB ölkələri üçün sosial reklam üzrə qanunvericilik modelinin hazırlanması metodları, elektron səhiyyə sisteminə keçidlə bağlı qanunvericiliyə əlavə və dəyişiklikərin olunması qaydaları geniş müzakirə olundu, gözlənilən risklərlə bağlı fikir mübadiləsi aparıldı. İSİM-in nümayəndəsi Fidan Rüstəmova çıxış edərək, Azərbaycanda ictimai səhiyyə sahəsində görülən işlər barədə geniş məlumat verdi. Üzv ölkələrin  ictimai səhiyyə sahəsində əldə etdikləri nailiyyətlər və təcrübələr mütəxəssislərlə paylaşıldı və yeni qanunvercilik modelinin hər bir ölkənin ictimai səhiyyə sahəsinə faydalı olması üçün təkliflər dinlənildi.

Yekunda iştirakçılar arasında işçi qruplar yaradıldı və ictimai səhiyyə sahəsində nəzərdə tutulan işlər təhlil edildi.