16 МАЯ 2019
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində "Narkotik maddələrin insan orqanizminə zərəri" mövzusunda tədbir təşkil edildi
16 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Nəsimi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan təhsil kompleksinin direktor müavini Anar Məmmədov təhsil müəssisələrində təşkil edilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışdı.
Nəsimi rayon Polis İdarəsinin rəisi Əbülfət Rzayev narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını və ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini vurğuladı.
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Lətafət Dadaşova "Narkotik maddələrin insan orqanizminə zərəri" mövzusunda auditoriya qarşısında çıxış edərək, zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə gəncləri məlumatlandırdı. L.Dadaşova narkomaniyaya qarşı mübarizə sahəsində İSİM tərəfindən keçirilən maarifləndirici tədbirlər və görülən işlər barədə danışaraq, gənclərə müvafiq tövsiyələrini çatdırdı.
Tədbirin yekununda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.
Şəkillərlə burada tanış olmaq olar.