Uşaq sağlamlığı sahəsində konfrans keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

PRESS PRESS ARCHIVE

PRESS / 7 JULY 2009

Tibb qəzeti

Uşaq sağlamlığı sahəsində konfrans keçirildi

Hər il dünyada 5 yaşına qədər ölən uşaqların sayın 10 milyondan artıqdır. Bu uşaq ölümlərinin yarısının səbəbi diarreya, kəskin respirator infeksiyalar, qızılca və malyariya kimi xəstəliklərdir. Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində  “Uşaq sağlamlığı sahəsində ailə və icma təcrübəsinin artırılması” mövzusunda keçirilmiş konfransda danışıldı.

Toplantıda qeyd edildi ki, 2000-ci ildə Azərbaycan hökuməti BMT üzvü olan 188 ölkə sırasında Minilliyin Bəyannaməsini imzalayıb. Minilliyin İnkişaf Məqsədlərindən biri 2015-ci ilədək uşaq ölümünü azaltmaqdır. Ümumdünya səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin “Uşaqlıq dövrü xəstəliklərinin birgə aparılması” (UDXBA) üzrə 15-19 iyul 1997-ci il tarixdə Kopenhagendə keçirilmiş müşavirəsinə Azərbaycana regionda UDXBA strategiyasının başlanğıc mərhələsinin tətbiq edildiyi ölkələrdən biri olmaq təklif edilib. Ölkəmizdə bu strategiyanın başlanğıc (1997-1999-cu illər) və erkən (2002-2007-cu illər) tətbiq edilmə mərhələləri ÜST-nin Avropa Bürosu, UNİCEF və beynəlxalq təşkilatların texniki dəstəyi ilə bir neçə pilot rayonlarında həyata keçiril

Konfransda uşaq sağlamlığının qorunmasında ailənin mühüm rol oynadığı və cəmiyyətin bu işdə maraqlı olmasının vacibliyi qeyd olundu. 5 yaşınadək uşaqların xətəliklərdən qorunması istiqamətində ailə və cəmiyyətdə təbliğat aparılmasının və maarifləndırmənin əhəmiyyəti vurğulandı. Bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan islahatlar çərçivəsində ilkin səhiyyə işçilərinin ailə və cəmiyyətlə ünsiyyət bacarığının yaxşılaşdırılması sahəsində xeyli işlərin görüldüyü qeyd edildi.