İSİM-də anım mərasimi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

PRESS PRESS ARCHIVE

PRESS / 20 JANUARY 2009

Xalq qəzeti

İSİM-də anım mərasimi

Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi İctimai Sәhiyyә vә İslahatlar Mәrkәzindә 20 Yanvar faciәsinin 19-cu ildönümü ilә әlaqәdar tәdbir keçirilmişdir. Tәdbiri mәrkәzin direktoru Ceyhun Mәmmәdov açmışdır. O bildirmişdir ki, Azәrbaycan xalqı mәrdliyini, torpağını, Vәtәnini qәlbәn sevmәsini, onun uğrunda canından keçmәyә hazır olduğunu tarix boyu sübut edib. 1990-cı il yanvarın 20-dә dә xalqımız öz rәşadәtini, qәhrәmanlığını, qorxmazlığını bir daha nümayiş etdirdi. Hәmin gün özlәrini qurban verәn oğul vә qızlarımız Azәrbaycanın şanlı tarixinә öz adlarını qızıl hәrflәrlә hәkk ediblәr. Qәdirbilәn xalqımız bu insanları heç bir zaman unutmayacaq vә onların әziz xatirәsi qәlbimizdә daim yaşayacaqdır. Sonra mәrkәzin aparıcı mütәxәssisi Aris Rüstәmov çıxış edәrәk bildirdi ki, 20 Yanvar hadisәsi sovet imperiyasının öz azadlığı vә torpaqlarının bütövlüyü uğrunda mübarizәyә qalxmış Azәrbaycan xalqına qarşı qәddar aksiyası vә qanlı cinayәt idi. Lakin xalqımızı qorxutmaq, bizi daim müstәmlәkә girdabında saxlamaq vә azadlıq uğrunda mübarizәdәn çәkindirmәk niyyәti baş tutmadı. Qәhrәman Azәrbaycan xalqı çәtin qurtuluş mübarizәsindәn qalib çıxdı vә biz müstәqilliyә qovuşduq. Natiq bildirdi ki, 20 Yanvar hadisәsinә ilk dәfә siyasi qiymәt ulu öndәrimiz Heydәr Әliyev tәrәfindәn verilmiş, bu faciәdә günahı olanlar adbaad sadalanmışdır. Umümmilli liderimizin tәşәbbüsü ilә 20 Yanvar şәhidlәrinin xatirәsinin әbәdilәşdirilmәsinә yönәlmiş tәdbirlәr yüksәk sәviyyәdә hәyata keçirilib, şәhid ailәlәri daim dövlәt qayğısı ilә әhatә olunmuşlar. Bu siyasәt hazırda möhtәrәm Prezidentimiz cәnab İlham Әliyev tәrәfindәn daim davam etdirilir.