Clinical protocols | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

Completed projects projects archive

Tibbi tullantıların idarə olunması üzrə siyasətin və Milli fəaliyyət planının hazırlanması layihəsi UPDATED: 22 SEPTEMBER 2010

Səhiyyə Nazirliyinin 148 saylı 31 oktyabr 2008 tarixli əmri ilə Tibbi tullantıların idarə olunması üzrə siyasətin və Milli fəaliyyət planının hazırlanması layihəsinin həyata keçirilməsi məqsədi ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nəzdində işçi qrup yaradılmışdır. İşçi qrupda İSİM-in direktoru Ceyhun Məmmədov (işçi qrupun rəhbəri), Səhiyyə Nazirliyi Sanitariya-epidemioloji nəzarət sektorunun baş məsləhətçisi Nurəddin Abdullayev və məsləhətçisi Oleq Səlimov, Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsi¬nin məsləhətçisi Tahir Hacıyev, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal gigiyena bölməsinin müdiri Leyla Tağızadə, İSİM-in Yüksək texnologiyalı tibbi yardım şöbəsinin müdiri Malik Kərimbəyov və Tibb müəssisələrinin tikintisi, təminatı və dizaynı şöbəsinin əməkdaşı Rauf Məmmədov iştirak etmişlər.

Layihə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki və ekspert dəstəyi ilə həyata keçirilmişdir. Layihə çərçivəsində ÜST-nin beynəlxalq eksperti Uta Pieper Azərbaycanda üç dəfə səfərdə olmuş, layihənin işində yaxından iştirak etmişdir.

Layihə zamanı Uta Pieperin ekspert köməkliyi ilə sorğu anketləri hazırlanmış və işçi qrup tərəfindən 05-07 noyabr 2008-ci il tarixlərdə Bakı şəhərində (Yasamal rayonunda – 13 tibb müəssisəsində; Nərimanov və Nizami rayonlarında – 16 tibb müəssisəsində; Sabunçu və Nəsimi rayonlarında – 15 tibb müəssisəsində) seçilmiş tibb müəssisələrində həmin anketlər əsasında sorğu aparılmışdır. Bu müəssisələrdən beşi Elmi Tədqiqat İnstitutu, iyirmi biri xəstəxana və on səkkizi isə poliklinika olmuşdur.

İşçi qrupun 11 noyabr 2008-ci il tarixdə keçirilən növbəti görüşündə həmin sorğunun nəticələri müzakirə olunmuş və onların əsasında hesabat hazırlanmışdır.

Layihə çərçivəsində 13 noyabr 2008-ci il tarixdə İSİM-də ÜST-nin texniki və ekspert dəstəyi ilə “Tibbi tullantıların utilizasiyası (idarə olunması) sahəsində mövcud vəziyyət barədə hazırlanmış hesabat” və “Tibbi tullantıların utilizasiyası (idarə olunması) üzrə milli fəaliyyət planının hazırlanması və həyata keçirilmə yolları barədə” mövzularında dəyirmi masa keçirilmişdir. Həmin tarixdə Beynəlxalq layihələr üzrə Sektorlararası Koordinasiya Şurasının Səhiyyə Nazirliyində keçirilən növbəti iclasında da işçi qrupun hesabat və təklifləri uğurla təqdim olunmuşdur.

Hesabatın təhlili və irəli sürülən təkliflər əsasında işçi qrup tərəfindən Respublikada tibbi tullantıların idarə olunması sahəsində siyasətin və Milli fəaliyyət planının ilkin variantı hazırlanmış və 08 oktyabr 2009-cu il tarixdə Səhiyyə Nazirliyinə təqdim olunmuşdur.

PROJECT COORDINATOR:

CONTACTS: