İSİM-də "Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi" layihəsi üzrə növbəti iclas keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

10 MARCH 2017

İSİM-də "Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi" layihəsi üzrə növbəti iclas keçirildi (FOTO)

10 mart 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir təşkil olundu.

Tədbirdə Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN), Azərbaycan Tibb Universiteti, “Asan Agentlik” və “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, “Həmrəy” Gənclərin Maariflənməsinə Dəstək İctimai Birliyi, Ümidli Gələcək İctimai Birliyi, “LAYF” Xeyriyyə İctimai Birliyinin əməkdaşları iştirak etdilər.

Tədbir iştirakçılarını salamlayan İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərmək və mövcud qanunvericiliyin təhlili üçün yaradılan Texniki Məsləhətçi Qrupun (TMQ) tütünlə mübarizə ilə əlaqədar keçirilən növbəti tədbirdə iştirakçılara tütünlə mübarizə sahəsinin prioritetləri, problemləri və nailiyyətləri haqqında qısa məlumat verildi. O, iclasın məqsəd və vəzifələri, layihənin 3-cü rübündə planlaşdırılan işlər barədə danışdı və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin əsas məqsədi hökumət və vətəndaş cəmiyyəti ilə birgə Azərbaycan Respublikasının tütünlə mübarizəyə aid müvafiq qanunvericiliyinin gücləndiriməsi istiqamətində görülən işlərin nə dərəcə əhəmiyyətli olduğunu bildirdi.

İSİM-in Səhiyyə sisasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” Qanun Layihəsinin müzakirəsi üçün Milli Məclisdə planlaşdırılan dəyirmi masanın təşkilinə dair iştirakçılarla fikir mübadiləsi etdi. Tədbir iştirakçıları arasında maraqlı fikirlər, təkliflər səsləndirildi. Daha sonra, İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, layihə çərçivəsində nəzərdə tutulmuş 2-ci kütləvi maarifləndirmə aksiyasının (ictimai yerdə) və digər aksiyaların (sosial şəbəkələrdə) təşkilinə dair müzakirələr apardı.

Layihə çərçivəsində yaxın 2 ay ərzində nəzərdə tutulmuş kommunikasiya tədbirləri haqda İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Məmmədova iştirakçılara məlumat verdi. O, tezliklə televiziya kanallarında hazırda müzakirə olunan mövzu ətrafında debatların təşkil olunacağını bildirdi və ümumiyyətlə, ictimai səhiyyə sahəsində İSİM-in apardığı bütün fəaliyyətlərdə, ələxsus da, tütünlə mübarizə sahəsində, medianın dəstəyinin böyük olduğunu iştirakçıların diqqətinə çatdırdı.

Daha sonra, iştirakçıların nəzərinə “Tütünlə mübarizənin dəstəklənməsinə dair əhali arasında Rəy Sorğusu”nun təşkilin olunacağı çatdırıldı.

Qeyd edək ki, TMQ-nin hazırkı görüşü “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.2.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının “Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası” maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından mövcud qanunvericilik bazasının gücləndirilməsi istiqamətində atılan növbəti addım oldu.

Görüşün yekununda T. Musayev bildirdi ki, bugünkü görüşün davamı olaraq mövzu ətrafında mütəmadi görüşlər və tədbirlər təşkil olunacaq və məsələ üzrə bütün aidiyyəti qurumlarla və KİV-lə sıx iş birliyi davam etdiriləcək.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.