26 MAY 2016
Gəncədə tibbi təlimlər keçirilir
Bu gün Gəncə şəhər Səhiyyə İdarəsində “Uşaqlarda təxirəsalınmaz vəziyyətlər zamanı və sonrakı həyat dəstəyi ” mövzusunda tibbi təlimlər işə başlayıb.
İki gün davam edəcək təlimlər Azərbaycan Səhiyyə Nazirlyinın “Ana və uşaqların salamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üzrə Tədbirlər Proqramı” çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən və Türkiyə Səhiyyə Bakanlığının "Çocük Acıl Tip və Yoğun Bakım" dərnəyi tərəfindən təşkil olunub.
Azərbaycan və Türkiyədən dəvət olunan həkim-mütəxəsislər Gəncə və ətraf rayonlardan olan 60-a yaxın pediatr, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının uşaq həkimləri, uşaq reanimatoloqlarına müxtəlif mövzularda seminarlar keçəcək.
Təlimlərin və praktik məşqələlərin sonu olaraq keçiriləcək yazılı imtahanlardan sonra kursun qiymətləndirilməsi aparılacaq və həkimlərə sertifikatlar təqdim olunacaq.