16 DECEMBER 2015
Tam orta məktəblərdə işləyən tibb bacılarının bilik və bacarıqları artırılır
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na əsasən məktəblilərin sağlamlıqlarının mühafizəsi və onları zərərli vərdişlərdən çəkindirmək üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən müxtəlif maarifləndirici tədbirlərin təşkili davam etdirilir.
Bununla əlaqədar Təhsil Nazirliyinin “Sağlam təhsil – sağlam millət” proqramı çərçivəsində İSİM-in dəstəyi ilə 2 №-li Bakı Baza Tibb Kollecinin nəzdində təhsil müəssisələrində tibb məntəqələrinin feldşer və tibb bacıları üçün nümunəvi tematik təkmilləşdirmə kursu yaradılıb.
2015-2016-cı tədris ili ərzində pilot olaraq keçirilməsi nəzərdə tutulan həmin tematik kurslara dekabr ayında start verildi. Məqsəd tam orta məktəblərdə işləyən tibb bacılarının bilik və bacarıqlarının artırılmasıdır.