20 OCTOBER 2015
İSİM-in əməkdaşları fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak etdilər
2015-ci il oktyabrın 14-16-da Türkiyənin İstanbul şəhərində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması üzrə Agentliklərarası İşçi Qrupun 4-cü görüşükeçirildi. BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) vəBeynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsinin (IPPF-EN) təşkil etdiyi görüşdə Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Səbinə Babazadə və Teymur Hüseynov iştirak etdilər.
Görüşdə ölkələrdə fövqəladə hallarda cinsi vəreproduktiv sağlamlığın qorunması, bu sahədə milli və region səviyyəsində əməkdaşlığın gücləndirilməsi, ölkələrə texniki yardımın göstərilməsi haqqında fikir mübadiləsi aparıldı. İştirakçılar həmçinin cinsi vəreproduktiv sağlamlıq sahəsində hazırlığın fövqəladəhallar üzrə milli plana daxil edilməsi, cinsi zorakılığa məruz qalmış insanlara tibbi xidmətin göstərilməsi sahəsində bacarıqlara yiyələndilər.