İSİM-in mütəxəssisləri tərəfindən hərbi xidmətdə olan gənclərlə maarifləndirmə görüşləri keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

1 DECEMBER 2014

İSİM-in mütəxəssisləri tərəfindən hərbi xidmətdə olan gənclərlə maarifləndirmə görüşləri keçirildi

2014-cü il noyabrın 25-dən 28-dək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na müvafiq olaraq hərbi xidmətdə olan gənclər arasında narkomaniyanın, alkoqolizmin, tütünçəkmənin və digər sosial neqativ halların profilaktikası, eləcə də öz sağlamlığına qarşı məsuliyyət hissinin gücləndirilməsi məqsədilə hərbi hissələrdə görüşlər keçirildi.

İSİM-in mütəxəssisləri Səbuhi Abdullayev, Tofiq Musayev və Rüfət Rəhimov tərəfindən təbliğat xarakterli səkkiz görüşdə hərbi xidmətdə olan gənclərə mövzu ilə bağlı faydalı məlumat və tövsiyələr verildi, İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar (bloknot, qələm, “Sağlam, narkotiksiz həyat seç” və “Sağlam əsgər – güclü ordu! Güclü ordu, Vətəni qoru” adlı buklet və qovluq) paylanıldı.