22 NOVEMBER 2014
İSİM tərəfindən ölkədə əhalinin səhiyyə sisteminə etimadının və göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin öyrənilməsi ilə bağlı tədqiqat həyata keçirilir
2014-cü il noyabrın 17-dən etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən ölkədə əhalinin səhiyyə sisteminə etimadının və göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin öyrənilməsi ilə bağlı tədqiqata başlanıldı. Tədqiqat Azərbaycanın Bakı, Gəncə, Mingəçevir və Lənkəran şəhərləri, eləcə də Masallı, Quba, Xaçmaz, Şamaxı və İsmayıllı rayonlarının ilkin səhiyyə xidmətləri göstərən dövlət tibb müəssisələrində aparılır. Ölkə üzrə seçmə əsasında aparılan sorğu zamanı əhalinin səhiyyə xidmətlərinə etimad səviyyəsi öyrənilir.
Əldə olunmuş məlumatlar işləniləcək, təhlil aparılacaq və hesabat hazırlanacaq. Tədqiqatın nəticələrinin 2014-cü ilin sonunadək ictimaiyyətə açıqlanması planlaşdırılır.