­İSİM-də “İlkin səhiyyə səviyyəsində qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınmasının gücləndirilməsi” layihəsi çərçivəsində təlimçilər üçün təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

11 NOVEMBER 2014

­İSİM-də “İlkin səhiyyə səviyyəsində qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınmasının gücləndirilməsi” layihəsi çərçivəsində təlimçilər üçün təlim keçirildi

2014-cü il noyabrın 4-ü və 7-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə İSİM tərəfindən “İlkin səhiyyə səviyyəsində qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin qarşısının alınmasının gücləndirilməsi” layihəsi çərçivəsində təlimçilər üçün təlim keçirildi. İSİM-in İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov və Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayevin fasilitatorluğu ilə keçirilən təlimdə təlimçi qismində beynəlxalq ekspert Sven Hauk və İSİM-in əməkdaşı Nabil Seyidov çıxış etdilər. Bakı şəhəri poliklinikalarının 40 həkiminin iştirak etdiyi təlimdə iştirakçılara layihənin ilkin mərhələsində Bakının seçilmiş poliklinikalarının həkimləri arasında qeyri-infeksion xəstəliklər və onların risk amillərinin qarşısının alınması üzrə biliklərə dair aparılmış sorğu zamanı əldə olunmuş nəticələr əsasında hazırlanmış vəsait paylanıldı.

QİX-lə mübarizənin ictimai səhiyyənin qarşısında duran əsas məsələlərdən olduğunu, İSİM tərəfindən Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Azərbaycan Respublikasının Milli Strategiyasının hazırlandığını nəzərə çatdıran layihənin koordinatoru Tofiq Musayev ilk növbədə layihə və təşkilati məsələlər barədə məlumat verdi: “Layihənin məqsədi ilkin səhiyyə səviyyəsində çalışan həkimlərin əhali arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınması üzrə bilik və bacarıqlarının gücləndirilməsidir.”

Təlimdə əsas diqqət tütündən, alkoqollu içkilərdən istifadə, yüksək qan təzyiqi, artıq bədən çəkisi və piylənmə, fiziki aktivliyin olmaması, hiperqlikemiya və digər sağlamlıq üçün təhlükəli hesab edilən QİX-in risk faktorlarına, bu faktorların yaratdığı qısa və uzunmüddətli fəsadlara, həkimlərin bu risk faktorlarının aşkarlandığı pasiyentlərə yanaşma strategiyasına çəkildi. QİX-in profilaktikası məqsədilə sağlam qidalanma və fiziki aktivliyin vacibliyi vurğulandı, ürək-damar xəstəliklərinin, diabetin, hipertenziyanın profilaktikası üçün fiziki aktivliyə dair tövsiyələr nəzərə çatdırıldı.

İlkin səhiyyə səviyyəsində çalışan həkimlərin QİX-in profilaktikasında rolunun əhəmiyyətliliyini diqqətə çatdıran təlimçilər həkimlər tərəfindən pasiyentlərə QİX-in risk faktorlarına aid profilaktik məsləhətlərin verilməsinin vacibliyini vurğuladılar. Təlim suallar ətrafında fikir mübadiləsi ilə yekunlaşdı.

Təlim keçmiş təlimçilər tərəfindən çalışdıqları poliklinikalarda digər həkimlərə mövzu üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulur.