İSİM-də VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi vasitəsi ilə orta tibb işçisinin potensialının artırılmasına nail olmaq üçün təlimçilərin təlimi keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

24 JUNE 2014

İSİM-də VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi vasitəsi ilə orta tibb işçisinin potensialının artırılmasına nail olmaq üçün təlimçilərin təlimi keçirildi

2014-cü il iyunun 17-20-si və 23-24-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansının (VİQA) “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi vasitəsi ilə orta tibb işçisinin potensialının artırılmasına nail olmaq üçün təlimçilərin təlimi keçirildi. Diplomdansonrakı təhsil sistemini gücləndirmək vasitəsi ilə tibb təhsili verən müəllimlərin immunoprofilaktika sahəsində potensialının artırılmasına istiqamətləndirilmiş təlimdə 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimləri iştirak etdilər.

Layihənin həyata keçirilməsi üzrə icra qrupunun üzvləri Lütfi Qafarov və Səbinə Babazadənin fasilitatorluğu ilə aparılan təlimdə layihə barədə ümumi məlumat verildi, təlimin məqsəd və vəzifələri nəzərə çatdırıldı. Fasilitatorlar diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi, orta tibb işçilərinin immunoprofilaktika üzrə bacarıq və biliklərinin artırılması istiqamətində həyata keçirilən fəaliyyətdən və bu fəaliyyət çərçivəsində immunoprofilaktika üzrə yeniləşdirilmiş moduldan bəhs etdilər.

Müstəqil konsultant və təlimçi Laçın Mürsəlov tədris prosesinin əsasları, təlimin aparılması üçün müxtəlif texnika və üsulların təsviri, effektiv ünsiyyətin qurulması yolları, Power Point prezentasiyasının aparılması qaydaları ilə bağlı təqdimatlar etdi. Eləcə də tədris planının hazırlanması, effektiv təlim üsulları və təqdimat vərdişləri barədə geniş məlumat verildi. “Fəal tədris üsulları” mövzusunda müstəqil ekspert Nabil Seyidovun məruzəsindən sonra qruplarda iş aparıldı, ev tapşırıqları həll olundu.

Təlimdə qazanılmış biliklər əsasında iştirakçıların immunoprofilaktika üzrə etdikləri təqdimatları Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva və 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi İradə Əhmədova tərəfindən qiymətləndirildi və tövsiyələr verildi.