İSİM-də qanvermə aksiyası keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

10 APRIL 2014

İSİM-də qanvermə aksiyası keçirildi

2014-cü il aprelin 10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) İSİM və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının birgə əməkdaşlığı ilə qanvermə aksiyası keçirildi. Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən, o cümlədən talassemiyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

İSİM-də böyük marağa səbəb olan aksiyada Mərkəzin rəhbərliyi və əməkdaşları fəal iştirak etdi, tibb işçiləri tərəfindən sağlamlıq vəziyyətləri öyrənilərək qan verdilər.

Aksiya zamanı toplanan qan talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf edilməsi məqsədilə Qan Bankına təqdim ediləcək.