Səhiyyə Sistemində Kadr mütəxəssisləri üçün təlimlər keçirilir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

1 SEPTEMBER 2011

Səhiyyə Sistemində Kadr mütəxəssisləri üçün təlimlər keçirilir

2011-ci il sentyabrın 1-dən etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində Səhiyyə Sistemində Kadr mütəxəssisləri üçün təlimlər keçirilir. Səhiyyə Nazirliyinin təşəbbüsü ilə, Dünya Bankının maliyyə dəstəyilə reallaşan təlimlərin keçirilməsində məqsəd iştirakçıları səhiyyə sistemində kadr işinin aparılması ilə bağlı yeniliklərlə tanış etməkdir. Seminarlarda respublikanın tibb müəssisələrinin kadrlar üzrə mütəxəssisləri iştirak edirlər.

Təlim ərzində mövcud problemlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılacaq və kadr mütəxəssisləri biliklərin artırılması məqsədilə məlumatlandırılacaqlar.

Təlimlər sentyabrın 19-na kimi davam edəcək.