4 MAY 2011
İSİM-də Azərbaycan Respublikasında vaksinlərin effektiv idarə edilməsinin qiymətləndirilməsi üzrə seminar keçirilir
2011-ci il mayın 4-dən başlayaraq, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Respublikasında vaksinlərin effektiv idarə edilməsinin qiymətləndirilməsi üzrə seminar keçirilir. Tədbir BMT-nin Uşaq Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun dəstəyilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təşkil olunub. Seminarın keçirilməsində əsas məqsəd immunlaşdırma proqramının maddi-texniki təminat keyfiyyətinin qiymətləndirilməsinin aparılması üçün Azərbaycan Respublikasında milli kadrların hazırlanmasıdır. Qiymətləndirmə yeni alətlər və üsullardan istifadə edilərək aparılacaq.
Hazırlanmış kadr ehtiyatı 2011-ci ilin mayında ölkədə milli immunlaşdırma proqramının təchizat sisteminin kompleks qiymətləndirilməsinin aparılmasında məsul olacaq. Eyni zamanda planın əsaslandırılmış bazası əsasında istiqamətin, monitorinqin və nəzarətin təkmilləşdirilməsi üzrə işlərin görülməsinə cavabdehlik daşıyacaq.
Seminar mayın 7-də yekunlaşacaq.