İctimai Səhiyyə və İslahatlar Mərkəzində «1-ci Alman-Azərbaycan Teletibb» Seminarı keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

16 OCTOBER 2009

İctimai Səhiyyə və İslahatlar Mərkəzində «1-ci Alman-Azərbaycan Teletibb» Seminarı keçirilib

15 oktyabr 2009-cu il tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzində «1-ci Alman-Azərbaycan Teletibb» Seminarı keçirilib.

Almaniya-Azəbaycan İqtisadi Birliyinin təşəbbüsü ilə keçirilən seminarda ölkəmizdə teletibbin tətbiqi ilə vahid teletibb informasiya sisteminin yaradılması, ucqar yerlərdə yaşayan əhali və çətin şəraitdə işləyən insanlar üçün ixtisaslı tibbi yardımın mümkünlüyünün artırılması, tibbi yardımın keyfiyyətinin yüksəlməsi və tezləşdirilməsi, səhiyyədə nəqliyyat xərclərinin azalması, həkim və çağırış briqadalarının səmərəliliyinin artırılması, yeni informasiya texnologiyalarının tətbiqinin yüksəldilməsi və beləliklə də xarici səhiyyə sistemlərinə çıxışın sürətləndirilməsi məsələləri müzakirə olunub.

Almaniyadan olan nümayəndələr öz çıxışlarında teletibbin Azərbaycanda tətbiqinin səhiyyə sisteminin inkişafının davam etdirilməsi istiqamətində irəliyə atılmış daha bir addım kimi qiymətləndiriblər. Onların fikrincə teletibbin Azərbaycanda tətbiqi üçün Almaniya Federativ Respublikasının təcrübəsindən istifadə etmək mümkündür və bu istiqamətdə Almaniyalı mütəxəssislər əməkdaşlıq etməyə hazırdırlar.

Seminarda Səhiyyə Nazirliyinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Almaniyanın Azərbaycandakı Diplomatik Korpusunun, Azərbaycan-Almaniya İqtisadi Birliyinin, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun, Azərbaycan Milli Kardioloji Assosiasiyasının, Azərbaycan Həkimlər Assosiasiyasının, bir sıra dövlət və özəl tibb müəssisələrinin nümayəndələri iştirak edib.