25 MAY 2009
“Sübutlu təbabət və klinik protokolların tərtib edilməsi” mövzusunda təlimlər
18-22 may 2009-cu il tarixində USAİD-nın İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi tərəfindən və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin iştirakı ilə “Sübutlu təbabət və klinik protokolların tərtib edilməsi” mövzusunda Moskva Tibb Akademiyasının professoru V.V. Vlasovun aparıcılığı ilə beş günlük təlimlər keçirildi.
Təlimlərin ilk üç günü ərzində iştirakçılar sübutlu təbabət sahəsini əhatə edən yeni tədqiqatlar, onların qiymətləndirilməsi, texnoloji vasitələrdən düzgün istifadə etmə qaydaları ilə tanış oldular. Növbəti iki gün ərzində isə klinik protokolların tərtib edilməsi ilə bağlı məsələlər tədris olundu.
Təlimlərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Milli Onkologiya Mərkəzinin, Azərbaycan Tibb Universitetinin, Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzinin, Hematalogiya Elmi-Tədqiqat İnstitutunun, USAİD-nın İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin və İSİM-in əməkdaşları iştirak etdilər.
Təlimlərin sonunda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin(USAİD-ın) Azərbaycanda ölkə üzrə koordinatoru Skott Teylor və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədovun iştirakı ilə iştirakçılara sertifikatlar təqdim olundu.