18 fevral 2010-cu ildə teletibb üzrə regional işçi qrupun iclası keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

21 FEBRUARY 2010

18 fevral 2010-cu ildə teletibb üzrə regional işçi qrupun iclası keçirildi

18 fevral 2010-cu ildə Moskvada (Rusiya Federasiyası) məlumatlandırmaya dair Regional Kommunikasiya Birliyinin (RKB) Komissiyası nəzdində teletibb sahəsində fəaliyyət göstərən regional işçi qrupun 7-ci iclası keçirildi.

İşçi qrupda RKB-nin kommunikasiya rəhbərliyi, səhiyyə orqanlarının nümayəndələri, Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası, Tacikistan və Ukrayna Respublikalarının teletibb üzrə mütəxəssisləri, həmçinin MDB və RKB-nin İcraiyyə Komitəsinin nümayəndələri iştirak etdilər. Azərbaycan Respublikasını Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Cəbrayıl Əsədzadə təmsil etdi.

Kollektiv iclasın iştirakçıları Razılaşma layihəsini maddəbəmaddə nəzərdən keçirib, MDB ölkələri – iştirakçılar tərəfindən verilmiş rəy və təklifləri müzakirə etdilər.

RKB iştirakçılarının təklifi ilə model qanunvericiliyinin perspektiv planına daxil edilmiş Teletibb xidmətləri haqqında qanun modelinin işlənib hazırlanması və 2005-2010-cu illər üçün nəzərdə tutulmuş MDB ölkələrinin milli qanunvericiliyinin uyğunlaşdırılması prosesi haqqında məlumat iştirakçıların nəzərinə çatdırıldı.

İclas zamanı həmçinin MDB ölkələri-tərəflərin uyğun milli konsultasiya-diaqnostik teletibb sisteminin yaradılması sahəsində ölkə rəhbərləri tərəfindən imzalanmış Memorandum çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı aktual məsələlər müzakirə olundu.