İSİM-də “Farmakonəzarət sisteminin inkişafı” mövzusunda təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

18 FEBRUARY 2010

İSİM-də “Farmakonəzarət sisteminin inkişafı” mövzusunda təlim keçirildi

2010-cu il 16-18 fevral tarixlərində İctimai Səhiyyə və İslahatlar Mərkəzində Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsinin təşəbbüsü və Kataloniya Farmakologiya İnstitutunun mütəxəssisi cənab Albert Figerasın iştirakı ilə “Farmakonəzarət sisteminin inkişafı” təlim kursu keçirildi. Dərman vasitələrinin əlavə mənfi təsirləri, effektivliyi, toksikliyi mövzusunda birgə təhlillər aparan seminar iştirakçıları mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirdilər. 3 gün sürən məşğələlər zamanı iştirakçılar cənab Figerasın təqdim etdiyi təhlil xarakteri daşıyan bir sıra praktiki tapşırıqları yerinə yetirdilər. Sonda cənab Figeras səhiyyənin və eləcədə ictimaiyyətin bu problemi ilə bağlı müzakirəlilərdə böyük məsuliyyət nümayiş etdirən iştirakçılara öz təşəkkürünü bildirdi.