İSİM-də “Səhiyyə və Əzcaçılıq Strategiyası və Prinsipləri” mövzusunda treninq keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

7 JULY 2008

İSİM-də “Səhiyyə və Əzcaçılıq Strategiyası və Prinsipləri” mövzusunda treninq keçirilib

30 iyun - 1 iyul 2008-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Səhiyyə və Əzcaçılıq Strategiyası və Prinsipləri” mövzusunda iki günlük treninq keçirilib. Səhiyyə Nazirliyinin, İSİM, Səhiyyə Nazirliyinin Dərman Vəsaitlərinin Analitik Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirak etdiyi treninqi London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Farmakoekonomik şöbəsinin müdiri professor Panos Kanavos aparıb.

Treninqin birinci hissəsində səhiyyə sisteminin maliyyələşdirilməsi, səhiyyə sisteminin islahatı, icbari tibbi sığortanın tətbiqinin optimal yollarının axtarışı ilə bağlı məsələlər müzakirə olunub. Treninqin ikinci hissəsi səhiyyədə qiymətlərin əmələ gəlməsi proseslərinə, pasiyentlərə dərman xərclərinə görə kompensasiyanın ödənilməsi, həmçinin, ölkədə səhiyyə siyasətinin formalaşması məsələlərinə həsr edilib.

Treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.