Təşkilatlararası iclas | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

13 MAY 2010

Təşkilatlararası iclas

İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə beynəlxalq təşkilatların nümayəndələri və milli koordinatorlar arasında növbəti iclas may ayının 12-də keçirildi. İclas qısa aylıq hesabatlardan və təqdimatdan ibarət idi. İclasda İSİM əməkdaşları ilə bərabər Azərbaycanda fəaliyyət göstərən və İSİM ilə sıx əməkdaşlıq edən Engender Health, Açıq Cəmiyyət İnstitutu, Qlobal Fond, UNAİDS, USAİD, ÜST, Abt Associates, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Səhiyyə Nazirliyinin “Sağlam həyat tərzi” layihəsinin milli koordinatoru Azad Hacıyev iştirak etdi. İlk növbədə iştirakçılar aprel ayı ərzində gördükləri işlər, həyata keçirdikləri layihə və tədbirlərilə bərabər planlaşdırdıqları fəaliyyətlər haqqında məlumat verdilər. İclas Qlobal Fondun Layihənin İcra Bürosunun vərəm proqramı üzrə koordinatoru Xuraman Həsənovanın “Qlobal Fondun Azərbaycandakı fəaliyyəti” adlı təqdimatı ilə davam etdi. Xuraman Həsənova ilk növbədə Qlobal Fondun vərəmlə mübarizə layihəsinin məqsədləri, əsas vəzifələri və resipiyentləri haqqında danışdı. Xuraman Həsənova bu layihənin nailiyyətlərindən və gələcək fəaliyyətlərindən, eləcə də keçirilən treyninqlərdən də bəhs elədi. Onun DDV vərəmin müalicəsi, sosial dəstək, və həyata keçirdikləri tədqiqatlar haqqındakı məruzəsi iştirakçıların xüsusi marağına səbəb oldu. Xuraman Həsənova sonda iştirakçıların suallarını cavablandırdı. İclasın sonunda İSİM-in rəhbərliyi iştirakçılar üçün maraqlı olan sualları cavablandırdı, növbəti iclasın iyun ayının 9-da keçiriləcəyini iştirakçıların nəzərinə çatdırdı.