• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • Sağlam həyat tərzi seç!
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

NEWS all news

8 APRIL 2022

Gənclər reproduktiv sağlamlığın qorunmasına dair məlumatlandırıldı

Səhiyyə Nazirliyi​ İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin birgə əməkdaşlığı ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması, təhlükəsiz cinsi davranış vərdişlərinin formalaşdırılması istiqamətində növbəti maarifləndirmə tədbiri keçirildi.

8 aprel 2022-ci il tarixdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələr​ üçün​ “Yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışları və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda tədbir təşkil olundu.

Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin Kütləvi tədbirlərin təşkili şöbəsinin müdiri Kəmalə Muradova gənclərə sağlam həyat tərzi seçərək zərərli vərdişlərdən uzaq olmaq tövsiyə etdi, gənc yaşlarda reproduktiv sağlamlığı qorumağın vacibliyini bildirdi.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi, həkim Afət Məmmədova geniş təqdimatla çıxış edərək, reproduktiv sağlamlığın əsas amillərindən söz açdı. O, fərdi gigiyena qaydaları, ailə planlaşdırılması və müasir kontraseptiv üsullar barədə ətraflı məlumat verdi, həmçinin abortların, erkən nikahların fəsadlarından bəhs etdi.

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.