• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Sağlam həyat tərzi seç!
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement

NEWS all news

13 NOVEMBER 2021

Orta məktəblərdə maarifləndirici tədbirlər keçirildi

Təhsil Nazirliyin əməkdaşlığı ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 2, 3, 4, 10 noyabr 2021-ci il tarixdə “Sağlamlığı təşviq edən məktəblər” layihəsi çərçivəsində 5, 110, 177 və 149 nömrəli tam orta məktəblərdə “Sağlam həyat tərzi” mövzusunda​ tədbir​ keçirildi.

Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir.

İSİM-in mütəxəssisləri – Gülnarə Cəfərova "Sağlam qidalanma", "Fiziki aktivlik", Ülkər Camalova “Zərərli vərdişlər”, Zümrüd Kazımova “Gigiyena qaydaları” mövzuları üzrə​ geniş təqdimatla çıxış edərək məktəblilərə ətraflı məlumat verdilər.

Tədbirlər çərçivəsində uşaq və yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq və təbliğ olunmasının əhəmiyyəti, eləcə də sağlam həyat tərzinin məktəblilərə aşılanmasının vacibliyi vurğulandı.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara maarifləndirici materiallar paylanıldı.