Məktəblilər üçün “Sağlamlığın qorunması, sağlam həyat tərzi” mövzusunda maarifləndirici təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

9 SEPTEMBER 2021

Məktəblilər üçün “Sağlamlığın qorunması, sağlam həyat tərzi” mövzusunda maarifləndirici təlim keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayevin təqdimatında məktəblilər üçün Sağlamlığın qorunması, sağlam həyat tərzi” mövzusunda interaktiv təlim keçirildi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Lider olmaq istəyirəm!” yay məktəbinin 3-cü günündə keçirilən təlimdə zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirindən danışıldıTofiq Musayev vurğuladı ki, tütünçəkmə vaxtından əvvəl ölüm, xəstəlik və əlillik hallarının əsas səbəbidir: “Hər il 8 milyondan çox insan tütünçəkmənin zərərli təsiri nəticəsində yaranan xəstəliklərdən həyatını itirir, onlardan 1 milyonu ətrafa yayılan ikincili tütün tüstüsü ilə nəfəs alan tütünçəkməyən insandır.  Tütün məmulatlarının, narkotik maddələrin, spirtli içkilərin güclü asılılıq yaratdığını iştirakçıların nəzərinə çatdıran T.Musayev bildirdi ki, ən doğru yol zərərli vərdişlərdən uzaq olmaq və sağlam həyat tərzinə üstünlük verməkdir.

İnteraktiv şəkildə keçən təlim zamanı şagirdlərə həmçinin gigiyena qaydalarına riayət etməyin zəruriliyi izah olundu, sağlamlığın qorunması istiqamətində vacib tövsiyələr verildi və İSİM tərəfindən hazırlanaraq çap olunan maarifləndirici materiallar təqdim edildi.