24 JUNE 2021
"Qadın və Uşaqlar üçün Sığınma Evi"ndə yaşayanlara maarifləndirici materiallar təqdim olunub
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə təqdim olunub. Birliyin nəzdində fəaliyyət göstərərən "Qadın və Uşaqlar üçün Sığınma Evi"ndə yaşayanlara “Tütünçəkmədən imtina üzrə alqoritm”, “Siqaretdən imtina vəsaiti”, “Fiziki aktiv ol!”, “Zərərli qidalar” və digər mövzulara dair buklet və vərəqlər paylanılıb. Əhalinin tibbi maarifləndirilməsi məqsədi ilə hazırlanan materiallarda həmçinin ilk yardım, sağlam həyat tərzi, ailə planlaşdırılması barədə ətraflı məlumat və tövsiyələr yer alıb.Ö