“COVID-19 pandemiyası dövründə gigiyena qaydaları” mövzusunda tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

21 MAY 2021

“COVID-19 pandemiyası dövründə gigiyena qaydaları” mövzusunda tədbir keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 19 may 2021-ci il tarixdə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin əmədaşları üçün “COVID-19 pandemiyası dövründə gigiyena qaydaları” mövzusunda maarifləndirici onlayn tədbir keçirildi. Tədbirin məqsədi iştirakçıları infeksion xəstəliklərə qarşı mübarizədə ölkəmizdə həyata keçirilən profilaktik tədbirlər barədə ətraflı məlumatlandırmaq idi.

İSİM-in nümayəndəsi, həkim Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək, iştirakçılara hazırda bütün dünyanı cənginə alan COVID-19 xəstəliyinin profilaktikası, simptomları, ev şəraitində müalicə zamanı riayət edilməli qaydalar barədə ətraflı məlumat verdi. Eyni zamanda vurğulandı ki, peyvəndləmə yoluxucu xəstəliklərlə mübarizədə ən təsirli vasitədir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.