16 APRIL 2021
“Hamiləlik risklərinin profilaktikasına müasir yanaşma“ mövzusunda onlayn təlim keçirildi
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Hamiləlik risklərinin profilaktikasına müasir yanaşma“mövzusunda 14,15,16 aprel 2021-ci ildə onlayn təlimlər keçirildi. Ödənişsiz keçirilən təlimlərin məqsədi mama-ginekoloji xidmətlərinin yaxşılaşdırılması, ölkənin şəhər və rayonlarının doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinininyüksəldilməsi, nəzəri və praktiki bacarıqlarıntəkmilləşdirilməsi idi.
İSİM-in Təlim-resurs şöbəsinin həkim-metodisti Pərvin Quliyevanın moderatorluğu ilə keçirilən təlimlər Baku Medical Plaza klinikasının doğuşayardım iş üzrə koordinatoru Vəfa Qurbanova və 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının mama-ginekoloqu Aydan Aslanova tərəfindən aparıldı.
Tibb işçiləri üçün nəzərdə tutulan təlimlərdə əsasən hamiləlik ağırlaşmalarının yaranmasında əsas məqamlar, vaginal biosenozun pozulması və residivləşən xroniki iltihabın əhəmiyyəti barədə geniş məlumatlar verildi.
Təlimlər Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 9 DTT kredit balı ilə qiymətləndirilmişdi.